Ru
20:11 / 13 Noyabr 2026

Türkiyənin PUA-larından qeyri-adi sınaq: Avtomobil yoluna eniş etdilər - Video

Eye

Türkiyənin AKINCI və "Bayraktar TB2" pilotsuz uçuş aparatları fövqəladə vəziyyət ssenariləri çərçivəsində avtomobil yoluna eniş edib və yenidən havaya qalxıblar.


"Bakupost" xəbər verir ki, bu barədə "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Manisa-Balıkesir avtomobil yolunda həyata keçirilən sınaq uğurla başa çatıb. Qarşıdakı dövrdə bu imkan bütün milli platformalara qazandırılacaq.

Selçuk Bayraktar layihənin həyata keçirilməsində əməyi olan bütün komanda üzvlərinə təşəkkür edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar