Ru
18:41 / 13 Noyabr 2026

Bu məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək - Qərar

Bu məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək - Qərar
Eye

Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.


"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir.

Belə ki, ölkəyə idxal olunan nərə balığı kürüsü üçün gömrük rüsumu 15 faiz, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib. Hazırda bu məhsul üzrə rüsum idxal dəyərinin 15 faizini təşkil edir.

Siqar, siqaret və siqarillalar üçün idxal gömrük rüsumu 15 faiz, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda bu göstərici hər 1 000 ədəd üçün 0.5 ABŞ dollarıdır.

Polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün isə idxal gömrük rüsumu 15 faiz olacaq. Hazırda həmin məhsullar üzrə rüsum 0 və ya 5 faiz təşkil edir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar