Ru
17:18 / 13 Noyabr 2026

ABŞ ilə İran arasında müharibə artıq qaçılmazdır - Sistan və Bəlucistanda hərəkətlənmə

ABŞ ilə İran arasında müharibə artıq qaçılmazdır - Sistan və Bəlucistanda hərəkətlənmə
Eye

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun artıq İranla saziş bağlamaqda maraqlı olmadığını bəyan edib.

"Bakupost" xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bizə İranla razılaşma lazım deyil. O dövrlər çoxdan geridə qalıb. Onların yüz milyardlarla dollar puluna və boğazına sahibik!” – deyə Tramp bildirib.

Siyasi şərhçi Taleh Əliyev “Bakupost”a bildirib ki, son həftələr istər Vaşinqton, istərsə də Tehran rəsmiləri sülh danışıqları ilə bağlı açıqlamalar vermək əvəzinə, özlərinin qətiyyətli və barışmaz mövqeyini elan etməklə qarşı tərəfi sanki kapitulyasiya aktına imza atmağa təhdid etmək kimi sərt bəyanatlar verirlər:

“Bu bəyanatlar onu göstərir ki, tərəflər artıq danışıqlara inanmırlar. Bu yolla kompromisin əldə olunması real görünmədiyindən, tərəflər artıq danışıqlarla bağlı mesajları psixoloji savaş elementi kimi həm öz ictimaiyyəti, həm qarşı tərəfə, həm də beynəlxalq ictimaiyyətə təqdim edirlər”.

Ekspert Trampın yuxarıda səsləndirdiyi bəyanatına əsasən hesab edir ki, ABŞ ilə İran arasında yeni müharibənin başlanması artıq an məsələsidir:

“Belə bir mərhələdə Trampın İranla saziş bağlamaqda artıq maraqlı olmadıqları barədə bəyanatı növbəti müharibə variantının qaçılmaz olduğunu göstərir. Dünən hətta tərəflər bir-birinə qarşı güc müstəvisində zərbələr də endiriblər. Eyni zamanda, ABŞ-nin dəstəyilə İranın Sistan və Bəlucistan ərazisində etnik bəluclardan ibarət silahlı qruplaşmaların ölkədə hakimiyyət dəyişikliyi üçün vahid cəbhədə birləşməsi də onu deməyə əsas verir ki, növbəti müharibə artıq başlamaq ərəfəsindədir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar