Ru
17:09 / 13 Noyabr 2026

Köhnə məhsul satan mağazaları 6000 cərimə gözləyir: Bəs pul kimin cibindən çıxacaq?

Köhnə məhsul satan mağazaları 6000 cərimə gözləyir: Bəs pul kimin cibindən çıxacaq?
Eye

Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər.

“Bakupost” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Ona əsasən saxlama müddəti ötmüş məhsulların satışına, eləcə də istehlakçıların malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilirlər.

İstehlakçının aldadılması ilə bağlı bu cərimə həmin əməlin vurduğu ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, bu cür cərimələr son nəticədə gəlib istehlakçıya zərər vuracaq:

“İstər korrupsiya, istər rüşvət əməli, istərsə də qiymət artımları olsun, heç kəs cibindən heç kimə pul vermir. Hamısı mal və xidmətlərin üzərinə gələrək, son nəticədə istehlakçıdan çıxır. İstənilən bu cür cərimələr də son nəticədə gəlib istehlakçıdan çıxacaq. Mağazada istifadə müddəti bitmiş məhsul satmağa, habelə alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldatmağa görə cərimələrin artması ilk baxışda bu kimi amillərin aradan qaldırılmasına kömək etsə də, son nəticədə gətirib istehlakçının belinə yüklənəcək”.

Ekspert deyir ki, ölkədə normal istehlakçı siyasəti formalaşarsa, belə mənfi tendensiyalar da azalar:

“İstehlakçıların hüquqlarını müdafiə haqqında” qanun 1991-ci ildə qəbul olunub. Ötən müddətdə həyat, marketlər, biznes dəyişib, amma qanun köhnə stildə qalmaqda davam edir. Antiinhisar və Bazara Nəzarət Dövlət Qurumu isə demək olar ki, istehlakçı hüquqlarını qorumur. Belə vəziyyətdə prosesdən heç bir müsbət nəticə gözləməyinə dəyməz. Son 30 ildə Milli Məclisdə ilk dəfə deputat Əli Məsimli “İstehlakçı Hüquqlarını Müdafiə Haqqında” qanunun dəyişdirilməsinin vacibliyi məsələsini qaldırıb. Hamı biznesin inkişafından, istehlakçını aldatma mexanizminin gücləndirilməsindən danışır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar