Çinin BYD şirkəti yeni elektrikli SUV modeli “Denza N8”i satışa çıxarıb. Avtomobil bir enerji yığımı ilə 1003 kilometrə qədər məsafə qət edə bilir.
“Bakupost” xəbər verir ki, modelin ən güclü versiyası üç elektrik mühərriki ilə təchiz olunub və 1193 at gücü hasil edir. Avtomobilin batareyası 10%-dən 97%-ə cəmi 9 dəqiqəyə enerji yığır.
“Denza N8”in tam elektrikli versiyasının qiyməti 40500 dollardan başlayır. Ən bahalı versiya isə 49 500 dollara təklif olunur.
Avtomobil 105,8 və 130,15 kVt/saatlıq batareya seçimləri ilə təqdim edilir. 1 003 kilometrlik yürüş məsafəsi Çinin CLTC ölçmə standartına əsaslanır. Real istifadə zamanı məsafə daha az ola bilər.
Vüsalə Hüseynova,
BakuPost