Ru
15:16 / 13 Noyabr 2026

Məktəblərdə payız tətili başlayır

Məktəblərdə payız tətili başlayır
Eye

Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu barədə "Bakupost" Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr 2026-cı il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr 2026-cı il tarixdə olacaq.

Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar