Ru
16:02 / 13 Noyabr 2026

İpoteka müraciətləri zamanı “SİMA İmza” çökdü

İpoteka müraciətləri zamanı  “SİMA İmza” çökdü
Eye

Bu gün saat 15:00-dan adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılsa da, proses zamanı "SİMA İmza" sistemi çöküb.

"Bakupost" xəbər verir ki, ipoteka krediti üçün müraciət etmək istəyən vətəndaşlar sistemin çökməsi səbəbindən elektron kabinetlərinə daxil ola bilməyib və müraciətlərini təsdiqləyə bilməyiblər.

Problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayırıb. Müraciətlərin noyabrın 13-də saat 15:00-dan “MyGov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilməsi, təsdiqin isə “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə aparılacağı əvvəlcədən açıqlanıb.

Lalə Novruz, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar