Ru
17:45 / 13 Noyabr 2026

Tramp Vensi İranla danışıqlardan uzaqlaşdırdı

Tramp Vensi İranla danışıqlardan uzaqlaşdırdı
Eye

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D. Vensi İranla danışıqlar prosesindən kənarlaşdırıb.

“Bakupost” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Tramp bir gün əvvəl Vaşinqtonun artıq Tehranla razılığa gəlməyə ehtiyac olmadığından yazaraq, bildirib ki, ABŞ-nin İrana qarşı lazımi təsir gücü var.

Tramp vitse-prezident Venslə bağlı qeyd edib ki, ondan bütün diqqəti ABŞ-nin Demokratlar tərəfindən idarə olunan şəhər və ştatlarında baş verən kütləvi korrupsiya və cinayətkarlığa yönəltməsini xahiş edib.

Vens diplomatik əlaqələr qurmaq əvəzinə, Minnesota, Kaliforniya və İllinoys ştatlarında, eləcə də Demokratlar tərəfindən idarə olunan digər bölgələrdə baş verildiyi iddia edilən qanun pozuntularına diqqət yetirəcək.

Tramp bu qərarı Vensin İranla uzun sürən münaqişəni Respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib.

Xatırladaq ki, əvvəllər vitse-prezident Vaşinqtonun Tehranla danışıqlarında əsas rol oynayırdı. Cari ilin aprelində o, Pakistanda keçirilən görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik edib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar