Tovuzda bıçaqlanan qadının son vəziyyəti açıqlanıb.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 13-də saat 17 radələrində 2002-ci il təvəllüdlü qadın qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən qadın dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir.