DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tələbələrin foto və videolarını montaj edərək sosial şəbəkələrdə yayan, materialların silinməsi müqabilində pul tələb edən 25 yaşlı İlkin Nəhmədovu saxlayıb.
"Bakupost" xəbər verir ki, araşdırma zamanı onun “TikTok” və “Instagram”dan tələbələrin görüntülərini əldə edərək süni intellekt proqramları vasitəsilə saxta, təhqiramiz və rüsvayedici materiallar hazırladığı müəyyən edilib.
Daha sonra bunları saxta hesablarda paylaşaraq tələbələrdən pul tələb edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir. DİN bildirir ki, bu cür əməllər cinayət məsuliyyəti yaradır və qanunvericiliyə uyğun cəzalandırılır.