Ru
15:37 / 14 Noyabr 2026

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək -  Maaşlar artacaq
Eye

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sisteminin formalaşdırılmasından ibarətdir.


"Bakupost" xəbər verir ki, bunu Unikal-a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, saatlıq minimum əmək haqqının orta aylıq əmək haqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır:

"Bu o deməkdir ki, saatlıq minimum əmək haqqı sadəcə orta aylıq əmək haqqının aydakı iş saatlarına bölünməsi ilə əldə edilməyəcək. Bu zaman xüsusi əmsallardan istifadə olunacaq. Nəticədə saatlıq minimum əmək haqqı daha yüksək olacaq və saatlıq minimum əmək haqqı ilə çalışan vətəndaşlarımız daha çox maaş alma imkanına malik olacaq. Eyni zamanda təbii ki, bu həm də bir neçə iş yerində çalışmaq imkanıdır və vətəndaşlarımızın aylıq gəlirinin artmasına səbəb olacaq. Həm saatlıq minimum əmək haqqı məbləğinin yüksək olması, həm də bir neçə işdə çalışmaq vətəndaşların daha çox əmək haqqı və gəlir əldə etməsinə imkan yaradacaq".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar