Ru
17:11 / 14 Noyabr 2026

Türkiyəyə gedənləri nə gözləyir? - Rəsmi xəbərdarlıq

Türkiyəyə gedənləri nə gözləyir? -  Rəsmi xəbərdarlıq
Eye

İstanbulda noyabrın 14-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək və leysan yağışın təsirli olacağı gözlənilir.


“Bakupost” xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) şəhər sakinlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Proqnoza görə, səhər saatlarında 18 dərəcə olan temperatur günorta saatlarından etibarən şimal küləyinin güclənməsi ilə 6-8 dərəcə azalacaq. Axşam temperaturun 14, gecə isə 10 dərəcəyədək enəcəyi bildirilir.

Günortadan sonra küləyin sürətinin saatda 30-60 kilometrə çatacağı, axşam saatlarından etibarən isə güclü göy gurultulu yağışın başlayacağı proqnozlaşdırılır. Yağıntının miqdarının hər kvadratmetrə 15-35 kiloqram olacağı gözlənilir.

Səlahiyyətlilər leysan, güclü külək və temperaturun qəfil enməsi nəticəsində yarana biləcək su basqını və nəqliyyatda problemlərə qarşı sakinləri ehtiyatlı olmağa çağırıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar