Ru
18:36 / 14 Noyabr 2026

Bakıda restoranda dava salan əcnəbi GÖRÜN KİM İMİŞ?!

Bakıda restoranda dava salan əcnəbi  GÖRÜN KİM İMİŞ?!
Eye

Bakıda restoranda dava olub.

"Bakupost" lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan vətəndaşı olan Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə vurub.

Nəticədə Əliağa xəsarətlər alıb. Hadisə zamanı Əliağanın həyat yoldaşı da yanında olub.

Erolun sözlərinə görə, hadisəyə səbəb Əliağanın onun dayısıqızına söz atması olub.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş zərəri ödədiyini bildirib. Zərərçəkən Əliağa da, həmçinin, Erola qarşı heç bir şikayətinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol məsuliyyətdən azad olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar