Keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Saleh Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadan parlament rəhbərliyinə şikayət edib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə F.Mustafa sosial şəbəkə hesabında məlumat verib.
Komitə sədri bildirib: “Bir dəfə Milli Məclis rəhbərliyinə çağırıb söylədilər ki, sizdən şikayət var. Baxdım ki, şikayəti professor Saleh Məmmədov imzalı biri yazıb və mənim guya xalqın tarixini və onun qəhrəmanlarını təhqir etdiyimi vurğulayaraq, cəzalandırılmağımı tələb edib. Gülərək cavab verdim ki, dünən də, bu gün də, sabah da mənim düşüncə və görüşlərimə qarşı bu cür qeyri-ciddi və və qeyri -peşəkar yanaşmaların heç bir əhəmiyyəti yoxdur və kimsə mənə necə düşünəcəyimi öyrədə bilməz. Mən öz məsuliyyətimin hansı kateqoriyaya aid olduğunu dəqiq bilirəm. Saleh Məmmədov kimi düşünənlərin isə hansı kateqoriyada məsuliyyət daşıdığının seçimini özlərinə buraxıram”.