Ru
13:47 / 24 Avqust 2026

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər – RƏSMİ

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər  – RƏSMİ
Eye

Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb.

"Bakupost" xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb.

Qeyd olunan izah Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib.

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:

"Beləliklə, xarici ölkənin pasportunu əldə etmək şəxsin Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi demək deyil. Azərbaycan vətəndaşlığı davam etdiyi müddətdə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlərə cavab verən çağırışçı hərbi xidmətə ümumi əsaslarla cəlb oluna bilər".

Z.Əsgərli qeyd edib ki, Azərbaycan vətəndaşlığından rəsmi şəkildə çıxma məsələsi ayrıca hüquqi prosedurla müəyyən edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar