Neftçalada 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
"Bakupost" xəbər verir ki, Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə rayonun millət vəkili Tənzilə Rüstəmxanlı və Xalq şairi Sabir Rüstəmxanlı iştirak ediblər.
Tənzilə Rüstəmxanlı şəhid anaları ilə həmsöhbət olub, onların qayğıları, üzləşdikləri problemlər və gündəlik həyat şəraitləri ilə maraqlanıb.
Görüş zamanı Azərbaycanın tarixi Zəfərindən, bu qələbənin qazanılmasında şəhidlərin göstərdiyi qəhrəmanlıqdan və onların ailələrinin cəmiyyət üçün mənəvi dəyərindən söz açılıb.
Xalq şairi Sabir Rüstəmxanlı da şəhid anaları ilə söhbət edib, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim ehtiramla yaşadılmasının əhəmiyyətini vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə şəhid ailələrini narahat edən məsələlər dinlənilib, onların daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi qeyd edilib.