Ru
12:57 / 07 Noyabr 2026

Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO

Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
Eye

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.


"Bakupost" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək.

Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
Prezident Ağdam xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar