Ru
11:35 / 07 Noyabr 2026

Suriya hərbçilərini bu ölkəyə yerləşdirdi

Suriya hərbçilərini bu ölkəyə yerləşdirdi
Eye

Yəməndə İran tərəfindən dəstəklənən husilərin hava hücumları və raket təhdidləri ilə üzləşən Səudiyyə Ərəbistanının Suriyadan hərbi məsləhət və təlim dəstəyi aldığı iddia edilir.

"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Dəməşq administrasiyası son həftələrdə Səudiyyə ərazisinə onlarla hərbi qulluqçu göndərib.

Vurğulanıb ki, suriyalı hərbçilər Səudiyyə ordusunun və Səudiyyə tərəfindən dəstəklənən Yəmən hökumət qoşunlarının effektivliyini artırmağa yönəlmiş məsləhət və təlim xidmətləri göstərir.

Qeyd edək ki, Dəməşq administrasiyası hərbi yerləşdirmə ilə bağlı iddiaları nə rəsmi olaraq təsdiqləyib, nə də təkzib edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar