Ru
11:47 / 07 Noyabr 2026

Neymarın atası "Santos"un baş direktoru oldu

Neymarın atası "Santos"un baş direktoru oldu
Eye

Braziliyanın “Santos” klubunun hücumçusu Neymarın atası Neymar da Silva komandanın baş direktoru vəzifəsinə təyin edilib.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Neymar dekabr ayına qədər klubun planlaşdırılmasında strateji mövqe tutacaq. Dekabrın 12-də keçiriləcək prezident seçkilərində Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.

Qeyd edək ki, Neymar 2025-ci ildən “Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır.

34 yaşlı futbolçu bu mövsüm “Santos”un heyətində 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar