Ru
14:57 / 07 Noyabr 2026

Xərçəng xəstəliyi ilə bağlı yeni kəşf- Kimyaterapiyaya son verilə bilər

Xərçəng xəstəliyi ilə bağlı yeni kəşf- Kimyaterapiyaya son verilə bilər
Eye

Qlobal tibb ictimaiyyətində böyük əks-səda doğuran və ən çox oxunan yeni araşdırmalardan biri xərçəngin müalicəsi ilə bağlıdır.


"Bakupost" xəbər verir ki, beynəlxalq onkoloq-alimlər qrupu bədxassəli şiş hüceyrələrinin öz DNT-sini yenidən yazaraq müalicədən "qaçmaq" mexanizmini tam təfərrüatı ilə aşkar ediblər. Tədqiqatlar göstərir ki, xərçəng hüceyrələri kimyaterapiya və immunoterapiya zamanı genetik strukturunu dəyişərək müqavimət qazanır və təkrar yaranma riskini artırır.

Alimlər bu genetik zənciri kəsən və xərçəng hüceyrələrinin müdafiə qabığını zəiflədən yeni molekulyar tərkib hazırlamağa müvəffəq olublar.

Yeni üsul sayəsində ən aqressiv şiş növlərinin belə mövcud dərmanlara qarşı həssaslığı 3 dəfə artır ki, bu da onkologiyada müalicə effektivliyini köklü şəkildə dəyişdirə bilər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar