Ru
14:38 / 24 Avqust 2026

Nazirlik reaksiya verdi: südü çölə atan fermerdən - VİDEO

Nazirlik reaksiya verdi: südü çölə atan fermerdən  - VİDEO
Eye

Azərbaycanda fermer ona məxsus südün litrinin 15 qəpiyə alındığını iddia edərək qiymətə etiraz edib.

"Bakupost" xəbər verir ki, fermer südün bu qiymətə alınmasının çəkilən xərcləri qarşılamadığını bildirib.

“15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Belə olmaz axı. Mən qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var?” - fermer bildirib.

O, çəkilən xərcləri qarşılamaq üçün südün litrinin ən azı 1 manata alınmasını təklif edib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb.

Onun sözlərinə görə, dövlət tərəfindən fermerə dəstək göstərilməsi nəzərdə tutulur.

Ramin Qurban qeyd edib ki, nazirlik iyun ayında da südə dövlət dəstəyi ilə bağlı açıqlama verib:

“Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar