Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin X hesabında məlumat verilib.
Görüşdə ikitərəfli konsulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.