Azərbaycan 2024-cü ildə xaricə 686 milyon 254 min dollarlıq meyvə-tərəvəz ixrac edib. Antalyadan 2024-cü ildə meyvə-tərəvəz ixracının həcmi 891 milyon 564 min dollar olub.
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Azərbaycan və Antalyanın iqtisadi fərqlərini şərh edərkən qeyd edib.
Azərbaycanın 2024-cü ildə turizm gəlirlərinin 1,6 milyard dollar olduğunu bildirən iqtisadçı həmin ildə Antalyanı 17,3 milyon turist ziyarət etdiyini, bölgənin turizm gəlirlərinin isə 17 milyard dollar olduğunu vurğulayıb:
"Anyalya vilayətinin ərazisi 20.177 km², əhalisi isə 2,8 milyon nəfərdir. Azərbaycanın əhalisi 10,1 milyon, ərazimiz isə 86,6 min km²-dir.
Təbii ki, hər bir müqayisə qüsurludur, Altalya tarixinə, təbiətinə, dənizinə görə turizm mərkəzlərindən biridir, amma cəmi 40 il bundan qabaq həmin təbiət də var idi, həmin dəniz də, həmin tarixi yerlər də - sadəcə, turist yox idi. Deməli, tarixi yerlər, təbiət, dəniz azdır, əsas olan idarəetmə sistemi və biznes mühitidir.
Bizim ərazimiz Antalyadan 4 dəfə böyükdür, amma, meyvə-tərəvəz ixracı Antalyada Azərbaycandan 2024-cü ildə 215 milyon dollar daha çox olub.
Onu da deyim ki, Antalya meyvə-tərəvəz ixracatında 85-90%, turizmində 75-80%-ə yaxın pay kiçik-orta sahibkarlara məxsusdur. Bizdə, Azərbaycanda isə 2024-cü ildə ixracın tən yarısını dövlət sektoru edib".
Cənab İqtisadçı, digər ölkələrdən bizim KİBAR fərqi-bir-birimizlə və bütövlükdə iqtisadi istehsal və təsərrüfatla fəaliyyəti ilə heç özümüzə yetəri məşğul olmuruq? Halbuki, otuz illik Hərbi İşğal əsarəti ən cüzidən ən çoxuna qədər hər tələbat vasitəsini özümüz Müstəqil Hasil etməliydik ki, asılılıqdan qurtulaq? Hərbi Əsarət dərsləri ilə o qədər məşğul olmuşuq ki, məxarici layihələrə və artıqlaması ilə becərilib-emal ediləcək gündəlik adi ərzaq və sadə tələbat məhsullarını da idxal edirik? Antalyanın turizmdən qazandığı 17 milyardsa, onun azı 7 milyardı ərzaq (ixracı?) deyilmi? Bizsə, mühüm xammal ixracı və idxal-istemal BİZNES layihələri ilə dünyaya ciddi internasonalizm sərgiləmək məcburiyyətindəyik ki, sadə STRATEGİYA üzrə uzun-Böyük Əbədi qayıdışla doğma torpağımıza bir daha minalar əkilməsin, tezliklə təmizlənsin?