Ru
18:30 / 08 Noyabr 2026

Misirdə qatarlar toqquşdu: 140 nəfər yaralandı

Misirdə qatarlar toqquşdu: 140 nəfər yaralandı
Eye

Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 140 nəfər xəsarət alıb.


"Bakupost" Misirin “Əş-Şüruq” nəşrinə istinadən xəbər verir ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında, Kəfr Əmmar və Ər-Rəqqa stansiyaları arasında baş verib.

Məlumata görə, Giza–Fəyyum marşrutu üzrə hərəkət edən 134 nömrəli qatar Qahirə–Asuan istiqamətində gedən 2010 nömrəli qatarın arxa hissəsinə çırpılıb.

Toqquşma nəticəsində qatarın dörd vaqonu relsdən çıxaraq aşıb.

Hadisə yerinə 20-dən çox təcili tibbi yardım avtomobili, xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə əlaqədar bölgədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib.

Misir prokurorluğu hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.

Xəsarət alanların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar