Xaçmazda mənzildə 20 yaşlı gəncin meyiti tapılıb.
Bakupost.az -ın məlumatına görə, hadisə Xaçmaz şəhəri S. Xatun küçəsində qeydə alınıb.
Belə ki, Xaçmaz sakini 2005-ci il təvəllüdlü Ayxan Rəhmanovun cansız bədəni onun yaşadığı evin mətbəxində aşkarlanıb.
A.Rəhimovun mətbəxdə olan qazdan boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.