Bu gün Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammitində kuryoz hadisə baş verib. Belə ki, Qazaxıstanın nəqliyyat naziri çıxış edərkən sammitin keçirildiyi zalın işıqları sönüb.
Bakupost.az xəbər verir ki, kadrları "Azad İran" yayıb.
Bildirilir ki, görüş bir müddətlik fasilədən sonra yenidən davam edib.