Ru
13:09 / 04 İyun 2025

Uşaqlarına 39 min manat borcu olan ata məhkəmə zalında HƏBS EDİLDİ

Uşaqlarına 39 min manat borcu olan ata məhkəmə zalında HƏBS EDİLDİ
Eye

Bakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.

Bakupost.az xəbər verir ki, modern.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub.

Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə həmçinin onun barəsində əvvəllər seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirini “həbs” ilə əvəz edib və şəxs məhkəmə zalından dərhal həbs olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar