Türkiyəli astroloq Dinçer Güner qarşıdakı 3 günlə bağlı xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, astroloq bütün bürcləri bu günlərdə diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, önümüzdəki günlərdə düşüncələr sürətlənəcək, qərarlar tez qəbul ediləcək.
Həmçinin insanlar bu dövrdə tez başa düşür, tez öyrənir, hər şeyə tez fokuslanır. Söhbətlər sürətlə gedir, yeni insanlarla tanış olmaq asanlaşır.
Təxirə salınan bütün planlar həyata keçirilir, layihələr hazırlanır, ideyalar sürətlənir. Problemlərə sürətli həll yolları tapılır, ünsiyyət konkretləşir. İdman, rəqs, gəzinti kimi fəaliyyətlər üçün də əla vaxtdır.
Dinçer Güner qeyd edib ki, qarşıdakı 3 günü səmərəli istifadə etmək lazımdır.