“Azərbaycanda “B” kateqoriyasının imtahansız alınması məsələsi praktiki olaraq qəliz və hətta mümkün olmayan məsələdir”.
Bakupost.az xəbər verir ki, bunu "Yenicag"a açıqlamaslında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O, Rusiya və bəzi ərəb ölkələrində “B” kateqoriyalı sürücülük vəsiqələrinin imtahansız alınması ilə bağlı təsdiqlənən qanunların gələcəkdə Azərbaycanda da ola bilməsi ehtimallarına münasibət bildirib. Mütəxəssis əlavə edib ki, sözügedən məsələ faktiki olaraq hazırda ölkəmizdə bu mümkün deyil:
“Azərbaycanda “B” kateqoriyasının imtahansız alınması məsələsi praktiki olaraq qəliz və hətta mümkün olmayan məsələdir. Çünki, bu gün Azərbaycanda sürücülərin 70%-i minik avtomobillərini elə “B” kateqoriyası ilə idarə edir. Sadəcə, Rusiyada belə bir dəyişiklik gündəmə gəlib ki, bu kateqoriyada yüngül mühərrikli, əsasən, kvadrosikl, tresikl, moped, motosiklet kimi buna bənzər nəqliyyat vasitələrinin idarəetmə hüququ reallaşa bilər. Bu müzakirə edilir. Bu da “B” kateqoriyasına aid oluna bilər”.
O, diqqətə çatdırıb ki, müzakirələrə görə, əgər sürücülər “B” kateqoriyasında sürücülük vəsiqəsi alıblarsa, gələcəkdə adıçəkilən nəqliyyat vasitələrini də idarə edə biləcəklər:
“Bu müzakirənin isə təsdiq edilib-edilməyəcəyi hələ məlum deyil. Ona görə də indidən tələsməyə ehtiyac yoxdur. Qəbul edilsin, işləsinlər, uyğun bir variant olarsa təbii ki, Azərbaycanda da bunun həlli mümkün ola bilər. Sadəcə olaraq təcrübəyə baxmaq lazımdır ki, bu nə dərəcədə effekt verir”.
“Bizdə həmin nəqliyyat vasitələrini idarə etmək üçün “A1” altkateqoriyası var. Ruslar isə bunu gətirib “B” kateqoriyasına birləşdirirlər. Başqa heç bir dəyişiklik yoxdur. Azərbaycanda isə bu praktiki olaraq mümkün deyil. Gələcəkdə hansısa vasitə ilə “B” kateqoriyasında idarəetmə hüququ verən bir neçə variant qoymaq olar ki, onlar bir neçə nəqliyyat vasitəsi idarə edə bilər. Buna gələcəkdə baxıla bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Azerbaycanda hec ne mumkun deyil!
yazdığınız doğrudurki. bunu hamı bilir.Ancaq hamı bilən şeyi niyə DİN-i bilmir?
İndi imtahanla verilir ki?
Azərbaycanda sürücülük vəsiqəsinin imtahansız verilməsininə inanmıram. Belə ki, hazırda həmin vəsiqələr 1000-1200 manat arası "satılır". Bunu demək olar ki, hamı bilir. Sürücülük vəsiqəsi alanların deemək olar ki, 90-95%-i həmin məbləği ödəyərək vəsiqəyə sahiblənirlər və bu işin imtahansız olmasını təsəvvür etmirəm. Belə ki, o boyda vəsaitin, yəni hesablama aparsaq ki, ildə heç olmazsa 50 000 adam vəsiqə alırsa və ortalama hər biri 1100 manat verirsə bu 55 milyon pul deməkdir...hələ mənim rəqəmim bəlkə də çox minimaldır...bax budur reallığ...
Rusiyada quberniyalar,vilayətlər daxilində birbaşa etibar edənin imzası ilə heç bir notariusa getmədən etibarnamə əllə yazılaraq və sadə imza ilə verilir.Orda sürücülük vəsiqəsini də gələb etmirlər.Aparatlar polisin əlində vəsiqənin mövcudluğunu göstərir.Bizdə pul hərisliyi hamının doöma balası deməkdir.Kimdir bu sürücü məmnunluğuna imkan verməyənlət-təbii ki,ən başdakılar.PUUUUUULLLLLL!Vəssəlam:vətəndaş vecinə alan bu ölkədə yaşamır,bəlkə də Somalidə,Sudanda yaşayır,burda yox!
Əsas "gəlir" mənbəyidir. Kim bar verən ağacını kəsər
Bəli, Azərbaycanda bu mümkün deyil, çünki çok böyük kapitalı itirmiş olurlar
Azərbaycanda sürücülük vəsiqələrinin ən azı 70-80 %-i 1000manatdan bir az artığ qiymətə satılır, bunu əhalinin demək olar ki, hamısı bilir...