Ru
01:35 / 27 İyul 2026

Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? -  VİDEO
Eye

Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib.


“Bakupost”un xəbərinə görə, Tovuz sakini Leyla Rəhimova bildirib ki, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən “Laləli” uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.

Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, azyaşlı və autizmli uşağını da bağçadan çıxarıb.

Məsələ ilə bağlı “Laləli” uşaq bağçasının müdiri Lalə Əzimova bildirib ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.

Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar