Məşhur rusiyalı müğənni Alla Puqaçova ayağının sınması səbəbindən dörd ay yatağa məhkum qalıb.
"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, 76 yaşlı sənətçi yıxılaraq ayağını sındırıb və bud-çanaq oynağından zədə alıb. Dörd ay ərzində o, demək olar ki, yeriyə bilməyib və bir daha ayağa qalxa bilməyəcəyindən qorxub. Bundan əlavə, aldığı zədə səbəbindən Puqaçovada panika başlayıb. Hazırda müğənni əsa ilə hərəkət edir. Həkimlərin sözlərinə görə, aldığı zədədən sonra tam bərpa prosesi altı aya qədər davam edə bilər.
Qeyd edək ki, Yurmala şəhərində musiqi festivalına qatılan sənətçinin son görüntüləri pərəstişkarlarının məyusluğuna səbəb olmuşdu.