Ru
20:39 / 02 Noyabr 2026

Bomba xəbərdarlığı: Təyyarə təcili endirildi

Bomba xəbərdarlığı:  Təyyarə təcili endirildi
Eye

İngiltərənin paytaxtı Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili Budapeşt hava limanına eniş edib.


"Bakupost" xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi məlumat yayıb.

O qeyd edib ki, təyyarədə bomba olması barədə xəbərdarlıqdan sonra qırıcıların müşayiəti ilə hava gəmisi Budapeştə yönləndirilib.

Təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib, sərnişinlər təxliyə olunduqdan sonra axtarışa başlanılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar