İran ABŞ-nin dürüst diplomatiya yolunu seçəcəyi təqdirdə Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır.
"Bakupost" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, Qətər və Pakistanın vasitəçilik səylərinin fəal rolunu xüsusi qeyd edib.
“Əgər onlar dürüst diplomatiya yolunu seçsələr, əməkdaşlığa hazırıq. Lakin aldatmaq və hərbi əməliyyatlar keçirmək niyyətində olsalar, əvvəlkindən daha ağır və sərt cavab alacaqlar”, – deyə Əraqçi xəbərdarlıq edib.
Nazir həmçinin Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtlərinin dəyişmədiyini bildirib. Onun sözlərinə görə, həmin şərtlər qəbul edilərsə, boğaz açılacaq və danışıqlar bərpa olunacaq. Əks halda isə mövcud vəziyyət davam edəcək.