Bir neçə gün əvvəl dəhşətli bir xəbər aldıq. Sabirabadın Muğan Gəncəli kəndindəki yanğın bir ailəni həyatdan qopardıb.
Bakupost.az xəbər verir ki, fərdi yaşayış evinin yanması nəticəsində 4 nəfər, ana, ata və iki övladı yanaraq həlak olub.
Bu dəhşətli hekayənin içində bir ümid işığı var ki, o da ailənin ortancı övladı olan Bahar İmanova yanğın zamanı evdə olmayıb, ailədən qalan tək yadigar odur. Yanğın zamanı mərhum İmanov Turalın qardaşı İmanov Ruslan anasını pəncərədən çölə atıb, özü isə son anda alovların içindən xilas ola bilib. Ruslan qardaşı və ailəsini xilas etmək üçün çırpınsa da, əlindən heç nə gəlməyib.
Xatırladaq ki, Sabirabaddakı yanğında 1989-cu il təvəllüdlü İmanov Tural, 2002-ci il təvəllüdlü gəlini İmanova Safalı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy və 2024-cü il təvəllüdlü İmansoy Esma qızı ölüb.