Ru
22:49 / 29 Yanvar 2026

Putin Trampa soyuq havaya görə Kiyevə 7 gün atəş açılmayacağını söz verdi

Putin Trampa soyuq havaya görə Kiyevə 7 gün atəş açılmayacağını söz verdi
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlarda böyük irəliləyişin olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, o bu barədə Ağ Evdə keçirdiyi iclasda bildirib.

O, Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatacağına ümidvar olduğunu ifadə edib. "Biz böyük irəliləyiş əldə edirik," – deyə o, xüsusi elçisi Stiv Uitkoffa müraciət edərək bildirib.

Tramp həmçinin qeyd edib ki, şəxsən Rusiya Prezidenti Vladimir Putindən xahiş edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya, xüsusilə də Kiyevə bu qış dövründə bəzi hücumları bir həftəlik dayandırsın.

"O bununla razılaşdı", - Tramp vurğulayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar