Ru
23:55 / 29 Yanvar 2026

Putinin 4 il öncə hədiyyə etdiyi gödəkçə ilə Rusiyaya gəldi

Putinin 4 il öncə hədiyyə etdiyi gödəkçə ilə Rusiyaya gəldi
Eye

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Rusiya mediasında görüntülər yayılıb.

"Putin BƏƏ prezidentini yola salarkən ondan zarafatla "Bu gödəkçə sizi Sank-Peterburqun soyuğundan qoruya bilirmi?" - deyə, soruşub.

BƏƏ lideri də cavab olaraq "Bu, həmin gödəkçədir, siz hədiyyə etmişdiniz" bildirib.

2022-ci ilin oktyabr ayında BƏƏ prezidenti ilk dəfə Rusiyaya səfər edib. O vaxt Sankt-Peterburqda hava soyuq olduğu üçün Rusiya lideri gödəkçəsini çıxararaq Məhəmməd bin Zayed ən-Nəhyanın çiyinlərinə keçirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar