Çində futbolda oyun alqı-satqısı və korrupsiyaya qarşı tədbirlər çərçivəsində 73 nəfəri futboldan ömürlük uzaqlaşdırıb və doqquz yüksək liqa klubunun xalı silinib.
Bakupost.az Ajans.az-a istinadən xəbər verir ki, cəzalandırılanlar arasında Çin milli komandasının sabiq baş məşqçisi və “Everton”un keçmiş futbolçusu Li Te, eləcə də Çin Futbol Assosiasiyasının (CFA) sabiq prezidenti Çen Süyüan da var.
2019–2021-ci illərdə milli komandaya rəhbərlik etmiş Li və Çen milyonlarla dollar məbləğində rüşvət almaqda təqsirli biliniblər. Li 20 il müddətinə azadlıqdan məhrum edilib, Çen isə ömürlük həbs cəzası alıb.