Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində turistik küçələrdən birində qızıldan yol salınacaq.
Bakupost.az Avronyus-a istinadən xəbər verir ki, qızıldan yol turistlərin qızıl-zinət əşyaları aldığı “Golden Souk” rayonunun yaxınlığında inşa ediləcək.
Bildirilib ki, uzun müddətdir ki, lüks, vergisiz gəlirlər və “qızıl ilə döşənmiş küçələr” ifadəsi ilə əlaqələndirilən şəhər bu imicini növbəti səviyyəyə qaldırmaq qərarına gəlib.
Gələcək qızıl küçə Dubayın “qızıl rayonu”nun bir hissəsi olacaq.
Lakin qızıl küçənin dəqiq açılış tarixi hələ açıqlanmayıb.