Ru
17:00 / 24 İyul 2026

Qohumunun evinə qonaq getdi, oğurluq etdi

Qohumunun evinə qonaq getdi, oğurluq etdi
Eye

Paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb.

"Bakupost" xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 2000 manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Araşdırmalar aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar