Ru
14:53 / 24 İyul 2026

Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib - FOTO

Komandamız Avropa Universitet Oyunlarının final mərhələsinə yüksəlib - FOTO
Eye

15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunur. Futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

"Bakupost" xəbər verir ki, komandamız turnirin yarımfinal mərhələsində İspaniya komandası ilə əsas vaxtı 3:3 hesabla başa çatan qarşılaşmada penaltilər seriyasında qalib gələrək yarışın finalına vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.

Komandamıza finalda uğurlar arzulayırıq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar