Süni intellekt agenti epilepsiyalı siçan üzərində beyin əməliyyatını özü planlaşdırıb və robotik qolları idarə edərək həyata keçirib.
“Bakupost” xəbər verir ki, “Exin Therapeutics” şirkətinin rəhbəri Qabriel Okana-Santeronun açıqladığı təcrübədə süni intellekt 19 gen terapiyası variantı arasından müalicə üsulunu seçib, beynin müdaxilə ediləcək hissəsini və inyeksiya koordinatlarını müəyyənləşdirib.
Əməliyyat zamanı sistem kameralardan aldığı görüntülərlə prosesi izləyib və robotik qollar vasitəsilə seçdiyi nahiyəyə 250 nanolitr gen terapiyası yeridib. Geri dönüşü olmayan hər mərhələ üçün baytar həkiminin təsdiqi tələb olunub.
Təcrübədə bəzi süni intellekt modelləri əməliyyatı yerinə yetirməkdən imtina edib. Əməliyyatı başdan sona tamamlayan model “Sonnet 5” olub.
Şirkətin məlumatına görə, siçan əməliyyatdan sonra sağalıb. Lakin müalicənin effektivliyi hələ təsdiqlənməyib və təcrübə ilkin mərhələdədir.
Vüsalə Hüseynova,
BakuPost