Ru
16:34 / 02 Noyabr 2026

“Diriliş Ertuğrul”a baxan şəxs infarkt keçirdi - VİDEO

Eye

Bakıda kişi türk serialı "Diriliş Ertuğrul"a baxarkən yaranan güclü həyəcan nəticəsində infarkt keçirib.

"Bakupost"un məlumatına görə, hadisə gecə saatlarında baş verib. Vəziyyəti pisləşən şəxs Medera Hospitalına müraciət edib.

İnvaziv kardioloq Yunus Çelik bildirib ki, kişi xəstəxanaya güclü emosional gərginlikdən sonra yaranan infarkt şikayəti ilə gətirilib. O, təcili əməliyyata alınıb və ürək damarına stent qoyulub.

Pasiyent həkimə serialda izlədiyi bir səhnədən danışıb. O, Ərtoğrulun oğlu Osmanın öldürüləyəcəyini düşündüyü anlarda həddindən artıq həyəcanlandığını bildirib.

Y.Çelik qeyd edib ki, xüsusilə təzyiqdən əziyyət çəkən şəxslərdə güclü emosional gərginlik təzyiqin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu isə ürək damarlarında trombun yaranması və infarkt keçirməyə gətirib çıxara bilər.

Lalə Novruz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar