Ru
17:19 / 02 Noyabr 2026

Bu şəxslərə 500 manat veriləcək - DİQQƏT!

Bu şəxslərə 500 manat veriləcək -  DİQQƏT!
Eye

Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə fotomüsabiqə keçiriləcək.

"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə “Dəmir Yolları – zamanın obyektivində” adlı müsabiqə elan olunub.

Müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, eləcə də onun ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaqdır.

Yaşından, təhsilindən və peşəsindən asılı olmayaraq hər kəsin iştirak edə biləcəyi müsabiqə noyabrın 3-dən dekabrın 7-dək davam edəcək. Fotoaparat, smartfon və dronla çəkilmiş fotolar qəbul olunacaq.

İştirakçılar ən çox 5 foto təqdim edə bilərlər. Fotolar JPEG formatında, uzun tərəfi 1500 piksel olmaqla göndərilməlidir. Süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş şəkillər müsabiqəyə qəbul edilməyəcək.

Müraciətlər müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsi qeyd olunmaqla [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Təqdim olunan fotolar peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin qaliblərinə aşağıdakı pul mükafatları və diplomlar təqdim olunacaq:

I yer – 500 manat;

II yer – 300 manat;

III yer – 200 manat.

Bundan əlavə, bütün iştirakçılara sertifikat veriləcək, müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi təşkil ediləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatı +994 51 526 87 28 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar