Ru
16:52 / 02 Noyabr 2026

ABŞ-də seçki gərginliyi: Demokratlar üstün gəlir

ABŞ-də seçki gərginliyi: Demokratlar üstün gəlir
Eye

ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində rəy sorğuları demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə edə biləcəyini göstərir.

“Bakupost” xəbər verir ki, “RealClearPolitics” platformasının sorğu ortalamalarına əsasən, Senatda demokratların 47, respublikaçıların isə 45 yer qazanacağı proqnozlaşdırılır. Daha 8 yer uğrunda mübarizə davam edir.

Nümayəndələr Palatasında demokratların 227, respublikaçıların isə 182 yer əldə edəcəyi gözlənilir. Çoxluğu qazanmaq üçün 218 yer tələb olunur.

Hazırda Senatda respublikaçıların 53, demokratların 45 yeri var. Nümayəndələr Palatasında isə respublikaçılar 218, demokratlar 214 yerlə təmsil olunur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar