Ru
12:04 / 04 İyun 2025

Müsəlmanları təhqir edən ermənini "baqaja" qoyub apardılar - VİDEO

Müsəlmanları təhqir edən ermənini "baqaja" qoyub apardılar - VİDEO
Eye

Ötən gecə Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında bir qrup şəxs çeçen, dağıstanlı və müsəlmanları təhqir edən 40 yaşlı erməni Areq Samveloviç Şepixini qaçırıblar.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər Rusiya Teleqram kanallarında yayılıb.

Ehtimal olunur ki, həmin şəxs müsəlmanları təhqir etdiyi üçün oğurlanıb.

Görüntülərdən aydın olur ki, bir neçə nəfər həmin şəxsi stansiyanın binasından sürüyərək keçirir və Komsomolskaya meydanında "Mercedes"in yük yerinə qoyurlar. Erməni Areq ətrafdakıları köməyə çağırsa da, heç kim ona kömək etmir. Hadisə şahidlərinin sözlərinə görə, onu aparanlar silahlı olublar.

Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan "Baza" Telegram kanalının məlumatına görə, Areq Şepixin mütəmadi olaraq çeçenləri və müsəlmanları təhqir edən videolar yayıb.

Daha sonra “Baza” oğurlanan Areqin olduğu avtomobilin Kiyev şossesində, Moskva dairəvi yolundan 3 kilometr aralıda saxlanılmasının videosunu yayıb. Lakin həmin vaxt onun artıq avtomobildə olmadığı bildirilib.

Qeyd edək ki, erməni Areq Şepixin yaydığı videolardan bütün müsəlmanları və yəhudiləri eyni vaxtda məhv etməyə, yalnız xristianları saxlamağa çağırıb. Onun fikrincə, xalq Putini nasistə çevirməlidir.

Rusiya mətbuatına müsahibə verən Areqin anası oğlunun müsəlmanlara nifrətinə haqq qazandırıb. O, Areqin "Qarabağda müharibə yaşadığını və buna görə də onda bütöv bir dinə və xalqlara nifrət yarandığını" bildirib.
Qadın həmçinin iddia edib ki, onun sosial şəbəkələrdə oğlunun müsəlmanlara, çeçenlərə və dağıstanlılara qarşı təhqiramiz çıxışlarından xəbəri olmayıb.

Bu arada məlum olub ki, Areqi qaşırmaqda şübhəli bilinən çeçenlər sərbəst buraxılıb.


Rusiya mənbələri həmçinin erməni Areqin dindarların hisslərini təhqir etmək və dini ədavət salmaqda şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb. Bildirilir ki, araşdırmanı Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları aparır.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar