Almaniyanın "Ayntraxt" futbol klubu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı paylaşım edib.
Bakupost.az xəbər verir ki, bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində komanda məhz bu arenada "Qarabağ"ın qonağı olacaq.
Matça 21:45-də start veriləcək.
Qeyd edək ki, 6 turdan sonra "Qarabağ" 7 xalla turnir cədvəlində 25-ci, "Ayntraxt" isə 4 xalla 33-cü pillədə qərarlaşıb.