Ru
21:27 / 21 Yanvar 2026

Azərbaycan Sülh Şurasına 1 milyard dollar ödəyəcəkmi?

Azərbaycan Sülh Şurasına 1 milyard dollar ödəyəcəkmi?
Eye

Bu gün Azərbaycan XİN-in rəsmi mövqeyi, o cmlədən Prezident İlam Əliyevin ABŞ Prezidenti Donald Trampa məktubu yayıldı və məlum oldu ki, rəsmi Bakı Trampın Qəzza ilə bağlı Sülh Şurasına dəvəti qəbul edir.

Bakupost.az xəbər verir ki, Trampın yaratdığı Sülh Şurasını Qəzza ilə məhdudlaşdırmayacağı, beynəlxalq təşkilata çevirəcəyi və dolayısı ilə BMT-ni əvəzləyəcəyi iddiaları ortaya atılıb.

Əslində də BMT “5 daimi üzv” səbəbindən iflic duruma düşən bir qurumdur. Türkiyə lideri Ərdoğanın ”Dünya 5-dən böyükdür” sözü hər kəs tərəfindən qəbul edilsə də, əsas qərarların qəbul olunduğu BMT TŞ-nin 5 daimi üzvünün bu tərkibi genişləndirmək üçün ortaq məxrəcə gələcəyi çox çətin görünür. Belə ki, bu qurum artıq illərdir müxtəlif problemlərin həllində ədalətli və ortaq mövqe sərgiləyə bilmir, hər biri şəxsi maraqlarından çıxış edir və buna görə də TŞ-yə hansı ölkə və ölkələr birliyinin daxil ediləcəyini konsensusla həll etmək çətin olacaq. Bu baxımdan iflic vəziyyətinə düşən BMT-nin hazırkı durumda yenilənəcəyi mübahisəlidir.

Həmçinin hazırda dünya yeni münasibətlər sisteminə qədəm qoyub, “gücün qanunu” işləyir və dünya yenidən maraq dairələrinə bölünür. Bu proses isə özünün “BMT-sini” yaratmalıdır və ABŞ da məhz buna təşəbbüs göstərir.

Trampın təşəbbüsü olduqca sadə prinsipə əsaslanır: ölkələri “təsisçi üzv” (daimi üzv) olmağa dəvət edir, təsisçi üzvlər isə müəyyən öhdəliklər götürməlidirlər və hələlik bəlli olan ilk öhdəlik 1 milyard dollar ödəniş edilməsidir. Təşəbbüsə qoşulmaq, eyni zamanda 1 milyard ödəməmək və öhdəliklər götürməmək də olar. Bu halda həmin ölkə “qeyri-daimi üzv” statusu daşıyacaq və belə ölkə səsvermədə iştirak edə, səs verə, qanun təşəbbüsləri göstərə bilməyəcək.

Trampın məntiqi və dünyaya baxışı Sülh Şurası təşəbbüsündə də özünü göstərir: ölkələrin iqtisadi potensialına və gücünə görə öz yerini tutması.
Bu baxımdan əgər Sülh Şurası təşəbbüsü tam aktivləşərsə və təşkilatlanma sürətlənərsə, Azərbaycan “daimi üzv” olmaq şansını buraxmayacaq və böyük ehtimalla orda Türkiyə də daxil olmaqla, dost və qardaş ölkələrin daimi üzvlüyünün nəticələri üçün də təşəbbüslər olacaq.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Trampın dəvətini qəbul edib. Ancaq Ermənistanın 1 milyard dolları ödəyib-ödəməyəcəyi mübahisəlidir və hazırda erməni ekspertlər də bunu müzakirə edir.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar