Ru
15:53 / 28 İyul 2026

İranın qaz hasilatına ağır zərbə

İranın qaz hasilatına ağır zərbə
Eye

İran ABŞ və İsrailin hücumları nəticəsində gündəlik 230 milyon kubmetr təbii qaz istehsal gücünü itirib.

“Bakupost” xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müharibə zamanı ölkənin qaz hasilatı obyektlərinə ziyan dəyib və nəticədə gündəlik 230 milyon kubmetr qaz istehsal gücü itirilib.

Mühacirani qeyd edib ki, qaz hasilatının azalması emal müəssisələrinə göndərilən xammalın və elektrik stansiyalarına verilən yanacağın həcminə də mənfi təsir göstərib. O, əhalini enerjidən qənaətlə istifadə etməyə çağırıb.

Hökumət sözçüsü yanacaq qiymətlərinin artırılması ilə bağlı yayılan məlumatlara da münasibət bildirərək, hazırda qiymətlərdə hər hansı dəyişiklik edilmədiyini vurğulayıb.

Mühacirani əlavə edib ki, son hücumlar nəticəsində ölkənin nəqliyyat infrastrukturuna da ziyan dəyib. Onun sözlərinə görə, 12 körpü və 2 tunel zədələnib, lakin tunellərdə hərəkət artıq bərpa olunub, dağılan körpülər üçün isə alternativ marşrutlar yaradılıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar