Ru
22:46 / 28 Oktyabr 2026

Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu

 Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Eye

Səudiyyə Ərəbistanını "Ən-Nəsr" futbol klubunun hücumçusu Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqində qalib seçilib.

"Bakupost" xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat verilib.

Reytinqdə portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı "Qızıl top" birinci yeri tutub. Həmin il Ronaldu Lionel Messi və "Liverpul"un futbolçusu Fernando Torresi qabaqlamışdı.

Nominasiyada "Qızıl top"u bir neçə dəfə qazanan futbolçular iştirak ediblər. Onların arasında Lionel Messi (8), Kriştianu Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frants Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynts Rummenigge (2) və Ronaldo (2) yer alıblar.

Təşkilatçılar daha əvvəl bildiriblər ki, qalib müəyyən edilərkən futbolçunun qazandığı "Qızıl top"ların ümumi sayı deyil, mükafata layiq görüldüyü konkret mövsümdə göstərdiyi möhtəşəm performans əsas götürülür.

Qalib qlobal ödənişli onlayn səsvermə yolu ilə azarkeşlər tərəfindən müəyyənləşdirilib. Bir səsin qiyməti 1 avro təşkil edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar