Ru
22:03 / 28 Oktyabr 2026

“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - VİDEO

Eye

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.


“Bakupost” xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.

Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar